Azərbaycan Milli Elmlər Akademiyası

AMEA Mərkəzi Elmi Kitabxanasında görkəmli Azərbaycan alimi, professor Aida İmanquliyevanın anadan olmasının 75 illik yubileyinə həsr olunmuş geniş ədəbiyyat sərgisi təşkil olundu. Sərgini giriş sözü ilə açan AMEA Mərkəzi Elmi Kitabxananın direktoru filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli xalqımızın böyük zəka və fövqəl istedad sahiblərindən biri olan tanınmış ədəbiyyatşünas, şərqşünas, tərcüməçi, tənqidçi, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın həyatından, zəngin elmi-pedaqoji və təşkilatçılıq fəaliyyətindən geniş bəhs etdi. A.Əliyeva-Kəngərli alimin Azərbaycan şərqşünaslıq elminin və elmi məktəbinin formalaşmasında və inkişaf etdirilməsində müstəsna rolunun, xüsusilə ərəbşünaslığın, ərəb ədəbiyyatının geniş tədqiqatlara cəlb edilərək fundamental ümumiləşdirilmələr aparılmasında əvəzsiz xidmətlərinin olduğunu və fəaliyyət epoxasının maraqlı məqamlarını dilə gətirdi.
ətraflı…

Mərkəzi Elmi Kitabxana xarici ölkə ali təhsil ocaqları və kitabxanaları ilə əlaqələr quraraq kitab fondunu zənginləşdirməklə yanaşı, həmçinin xaricdən gələn elm adamları, yazar və aydınlarla da görüşlər keçirir. Bu görüşlərin davamı olaraq Mərkəzi Elmi Kitabxananın növbəti qonağı İran İslam Respublikasından gəlmiş elm adamı Həsən Raşidi idi. Mərkəzi Elmi Kitabxananın direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli ilə görüşən Həsən Raşidi qarşılıqlı elmi fikir mübadiləsi aparmış, Kitabxana ilə tanış olmuş və kitablarını hədiyyə etmişdir.
Xatırladaq ki, Həsən Raşidi 1954-cü ildə Ərdəbil əyalətinin Muğan bölgəsində anadan olub. “Varlıq”, “Fuk Azadi gündəliyi”, Nəvid Azərbaycan”, “Yarpaq”, “Dilmanc” və s. kimi dərgilərdə 150-dən çox məqaləsi dərc edilmişdir. H.Raşidi həmçinin “Dilimizin sadəliyi qrammeri” adlı kitab çap etdirərək yaşadığı Kərəc şəhərində ana dilində kurslar açmaqla dilimzə böyük xidmətlər göstərmişdir. Yazarın “Kimlik böhranı” və “Türklər” əsərləri oxucular tərəfindən müsbət qarşılandığından dəfələrlə çap edilmişdir.

Bugünlərdə Mərkəzi Elmi Kitabxananın Elmi katibi Qutiyera Cəfərovanın 50 yaşı tamam oldu. Bu münasibətlə onu Kitabxananın direktoru, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli təbrik etdi. Onun kitabxana kollektivi adından Q.Cəfərofaya ünvanlanmış təbrik məktubunun mətnini diqqətinizə çatdırırıq.
Hörmətli Qutiyera xanım !
Sizi – Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının Elmi katibini 50 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirik!
50 illik mənalı ömrün 30 ilini Azərbaycan elminə, onun informasiya təminatının həyata keçirilməsinə həsr etmiş ziyalı xanım ən böyük hörmətə layiqdir. Ciddi xarakteriniz, dərin və məzmunlu savadınız, vətənpərvərliyiniz və dövlətə sədaqətinizlə Siz belə böyük hörmət və nüfuz qazanmısınız.
Sizin elmi və işgüzar fəaliyyətiniz sabit olaraq Mərkəzi Elmi Kitabxana ilə bağlıdır. Burada əvvəlcə kitabxanaçı, sonra isə elmi katib vəzifəsinə qədər yüksəlmisiniz. Siz 1989-cu ildən bu günə qədər Mərkəzi Elmi Kitabxananın elmi katibi vəzifəsində çalışmaqla Kitabxananın elmi-tədqiqat fəaliyyətinin təşkilində və Azərbaycanda yüksəkixtisaslı kitabxanaşünas kadrların hazırlanmasında müstəsna rol oynamısınız. Sizin fəaliyyətiniz hər zaman Kitabxananın həyatı ilə, onun qarşısında duran böyük vəzifələrlə bağlı olmuşdur. Siz milli kitabxanaşünaslığımızın təkmilləşməsi və inkişafının elmi-nəzəri əsaslarının öyrənilməsinə və inkişafına öz töhfələrinizi vermisiniz.
Uzun illər apardığınız çoxsaylı elmi tədqiqatlarınız, yüksək peşəkarlığınız, geniş dünyagörüşünüz, coxcəhətli yaradıcılıq fəaliyyətiniz, müəllifi olduğunuz vəsaitlər, metodik materiallar və biblioqrafik göstəricilər ciddi əhəmiyyət kəsb etməklə yanaşı, cəmiyyətimizin formalaşmasında, Azərbaycan xalqının, xüsusilə gəncliyinin intellektual potensialının yüksəldilməsində və yetişməsində önəmli yer tutur.
Sizi bir daha yubiley münasibətilə təbrik edir, Sizə möhkəm can sağlığı və gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar qazanmağı arzu edirik!

Universitetin kimya fakültəsinin professoru Tatyana Boqatova ilə Kitabxanın direktoru, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərlinin iş otağında səmimi qəbuldan və söhbətdən sonra qonaq Moskvanın “Yanus-K” nəşriyyatında 2013-cü ildə çap olunmuş“Женщины – химики: биографический портрет, вклад в образование и науку, признание” (“Kimyaçı qadınlar: bioqrafik portret, elm və təhsilə töhfə, etiraf”)kitabını kitabxananın direktoruna təqdim etdi.
Hədiyyəyə görə minnətdarlığına bildirən A.Əliyeva-Kəngərli rusiyalı qonağa Kitabxananın nəşri olan kitabları hədiyyə etdi və “növbəti nəşrdə Azərbaycanın kimyaçı qadın alimləri haqqında məlumatın olmasını arzu edərdik” – deyə, istəyini qonağa çatdırdı.
Kitabxanan direktoru, Aybəniz Əliyeva-Kəngərli tərəfindən səmimi qəbula görə minnətdarlığını bildirən Tatyana Boqatova, növbəti nəşrlərdə Azərbaycanın kimyaçı qadınları haqqında məlumat verməyə çalışacaqlarını söylədi.

Tədbiri giriş sözü ilə açan Mərkəzi Elmi Kitabxananın direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli həmin günün mahiyyətindən bəhs etmişdir: ““Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında sazişin imzalanmasının 20-ci ildönümü tamam olur”.
A.Əliyeva-Kəngərli, Azərbaycanın iqtisadi inkişafının təməli olan neft strategiyasını hazırlamaqla dünyanın siyasi xəritəsinə, enerji coğrafiyasına yeni istiqamətlər bəxş edən Heydər Əliyev dühası ölkə iqtisadiyyatının qısa vaxtda dünya birliyinə inteqrasiyasına nail olunmasından danışdı. Həmçinin, “Əsrin müqaviləsi”nin imzalanması ilə bağlı o zaman bəzi Qərb dövlətləri ilə aparılan danışıqların uğurla nəticələnəcəyinə şübhə ilə yanaşanlar bir daha Heydər Əliyev zəkası qarşısında gücsüzlüklərini hiss etdilər və məhz bu tarixi addımla müstəqilliyini bir daha sübut edən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdiyini vurğuladı.
Tədbir iştirakçıları “Əsrin müqaviləsi”nin 20-ci ildönümünə həsr edilmiş sərgi ilə yaxından tanış olmuşlar. “Xəzər və onun sahillərinin ekologiyası”, “Bakı nefti Böyük Vətən müharibəsi illərində”, “Azərbaycan neft milyonçuları”, “Azərbaycan neft sənayesi üzrə tanınmış adamlar” və s. bölmələr üzrə sərgilənən ədəbiyyat sırasında “XXI əsrə sülh körpüsü”, “Birlikdə yeni əsrə doğru”, “Heydər Əliyev Azərbaycan neft siyasətində”, “Müstəqilliyimiz əbədidir” çoxcildiyi, “Heydər Əliyevin neft strategiyası”, “Azərbaycan neft və qaz sənayesi astanasında” və s. kitabların adını çəkmək olar. Həmçinin sərgidə neft sahəsini əks etdirən Azərbaycan, rus, Qərbi Avopa və Şərq dillərində 300-dən çox ədəbiyyat, sənədlər, fotoşəkillər, videomateriallar, virtual görüntülər də nümayiş etdirilmişdir.
Sərgi, Mərkəzi Elmi Kitabxanın Sərgi zalında 15 gün müddətində davam edəcəkdir.

Bu günlərdə AMEA Mərkəzi Elmi Kitabxanasının ən təcrübəli əməkdaşlarından birinin- Adilə Zəkəriyyə qızı Məmmədovanın 75 yaşı tamam oldu.
Adilə Məmmədova 1939-cu ildə Şəki şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri 132 saylı məktədbə almışdır.
1961-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Filologiya fakültəsinə daxil olmuş və 1967-ci ildə universiteti bitirmişdir.
Adilə Məmmədova AMEA Mərkəzi Elmi Kitabxanasında əmək fəaliyyətinə 1971-ci ildən başlamışdır. O, 1971-1975-ci illər ərzində Komplektləşdirmə şöbəsində kitabxanaçı, 1976-cı ildə El¬mi-tədqiqat şöbəsində baş kitabxanaçı, 1985-1990-cı illər ərzində Mərkəzi Elmi Kitabxanasında Elmi katib, 1991-2006-cı illər ərzində Kitabxanaşünaslıq şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
2006-cı ildən Kitabxanaşünaslıq şöbəsində baş kitabxanaçı, 2009-cu ildən isə köməkçi bölmənin müdiri vəzifəsində çalışır.

AMEA Mərkəzi Elmi Kitabxanası beynəlxalq əlaqələrini genişləndirməkdə davam edir. Dünyanın fərqli elm ocaqları və kitabxanaları ilə əlaqələr qururaq 60-dan çox ölkə və 700-ə yaxın təşkilatla kitab mübadiləsi həyata keçirən Mərkəzi Elmi Kitabxana müxtəlif dərgilərlə, dəyərli elmi və bədii nəşr nümunələri ilə, vəsaitlərlə öz kitab fondunu zənginləşdirir. Bu yaxınlarda əlaqələrin davamı olaraq Rusiyada fəaliyyət göstərən Degostini kampaniyası ilə əlaqə saxlayan Mərkəzi Elmi Kitabxana kampaniyanın məhsulu olan miniatür kitabları əldə etmək üçün bu təşkilatın üzvü olmuşdur. Əldə olunan razılaşmaya əsasən kampaniya dünya ədəbiyyatının şedevrləri silsiləsindən 20 ədəd miniatür kitabı kitabxanaya göndərmişdir. Göndərilən kitabların içərisindəF.Dostoyevskinin “İqrok”, A.İ.Qertsenin “Kto vinovat?”, A.K.Tolstoyun “İzbrannoe”, S.T.Aksakovun “Semeynaya xronika”, D.İ.Fonzivinin “Briqadir”, İ.S.Turqenevin “Zapiski oxotnika”, A.İ.Kuprinin “Poedinok”, A.Fransın “Vostanie anqelov”, M.Qorkinin “Meşşane” və s. müəlliflərin əsərləri yer alır.

Tanınmış ədəbiyyatşünas alim, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Abbas Fəttah oğlu Zamanovun şəxsi kitab kolleksiyası AMEA Mərkəzi Elmi Kitabxanasına daxil olmuşdur. Kolleksiya Kitabxananın elektron kataloquna daxil edildikdən sonra oxucuların istifadəsinə təqdim ediləcəkdir. Eyni zamanda alimin şəxsi kitab kolleksiyasının tədqiqi də aparılacaq və tədqiqatın nəticəsi olaraq çap kataloqunun hazırlanması da nəzərdə tutulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan ictimai-mədəni fikir tarixinin görkəmli nümayəndəsi, böyük maarifçi, tanınmış alim və şair Abbasqulu Ağa Bakıxanovun anadan olmasının 220 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.
Sərəncamdan irəli gələrək digər dövlət qurumları ilə yanaşı Azərbaycan Milli Elmlər Akademiyasına da ədibin yubileyinin keçirilməsi barədə tapşırıqlar verilib. Bu münasibətlə AMEA Mərkəzi Elmi Kitabxanasında Abbasqulu Ağa Bakıxanov anadan olmasının 220 illik yubileyinə həsr olunmuş sərgi təşkil edilmişdir. Sərgidə ədibin həyat və yaradıcılığını əks etdirən ədəbiyyatlar, kitablar nümayiş olunmuşdur.
Nümayiş etdirilən 200-ə yaxın ədəbiyyat həm ənənəvi, həm də virtual olaraq Azərbaycan və rus dillərində təqdim olunmuşdur. Sərgidə həmçinin fotoşəkillər, videomateriallar da öz əksini tapmışdır.

AMEA Mərkəzi Elmi Kitabxananın Gənc alim və mütəxəssislər şurasının sədri, doktorant, Azərbaycanşünaslıq şöbəsinin müdiri Abdullayeva Nərminə Dəmir qızı Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə 2013-cü il İKT-2 qrant müsabiqəsində qalib gəlmiş “Kitabxana innovasiyaları: qabaqcıl dünya nəzəriyyə və təcrübəsinin tədqiqi və alınan nəticələrin elmin informasiya təminatında böyük rol oynayan AMEA-nın kitabxana sisteminə tətbiqi” adlı layihənin birinci mərhələsində nəzərdə tutulan işlərə müvafiq olaraq 08.07.-13.07. 2014-cü il tarixlərində Belorusiyanın Minsk şəhərinə ezamiyyədə olmuşdur. Ezamiyyə müddətində Belarus Milli Kitabxanasının (BMK) iş təcrübəsi, tətbiq olunan innovasiyaların, yeni İnformasiya-kommunikasiya texnologiyalarından istifadə prinsipləri və müasir xidmət növlərinin səviyyəsi ilə yaxından tanış olmuşdur. BMK-nın Elmi işlər və nəşriyyat fəaliyyəti üzrə direktor müavini Aleksandr Aleksandroviç Susha və İnformasiya Resurslarının formalaşdırılması üzrə direktor müavini Kuzminiç Tatyana Vasilyevna kitabxananın funksiya və vəzifələri, görülən işlər, yeniliklər barədə ümumi məlumat vermişlər.